Bakıda küçədə uşağı döyərək videoya çəkən azyaşlılar müəyyən olunub - VİDEO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə azyaşlılar arasında zorakılığı əks etdirən görüntülərlə bağlı araşdırma aparılıb.
DİN-in mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, polis əməkdaşları tərəfindən Xətai rayonu S.Əhmədov küçəsində baş vermiş hadisə üzrə əməli törədən azyaşlılar müəyyən olunublar. Zorakılığa məruz qalan uşaqla bağlı ekspertiza təyin edilib.
Ekspertiza rəyindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir.
Hazırda təhqiqat araşdırmaları davam etdirilir.
*** 09:56
Bakıda naməlum şəxslər uşağa qarşı şiddət göstərib.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, azyaşlı marketin önündə oturan zaman iki nəfər naməlum şəxs ona yaxınlaşaraq zorakılıq göstəriblər. Onlar çirkin hərəkətlərini bir neçə dəqiqə davam edib, hətta birinin döyməyini digəri telefonla lentə alıb. Hadisənin hansı ərazidə baş verdiyi məlum olmasa da məsələyə polis qarışıb.
DİN-in mətbuat xidmətindən görüntülərlə bağlı qeyd olunub ki, araşdırma aparılır.
Sözügedən videonu təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...