Bakıda kriminal aləmə yaxın şəxslər həbs edilib - FOTO

Bakıda kriminal aləmə yaxın şəxslər həbs edilib - FOTO
Foto
Hadisə 2479

Avqustun 17-də axşam saatlarında paytaxtın Xətai rayonunda yerləşən restoranlardan birində cinayət törətməyə meyilli bir qrup şəxsin xüsusi karantin qaydalarını pozaraq ad günü məclisi təşkil etməsi barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olub.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində həmin restoranda toplaşan şəxslər, o cümlədən məclisin təşkilatçısı əvvəllər dəfələrlə məhkum olunmuş, paytaxt sakini Natiq Binnətov, eləcə də qeyd edilən məclisin keçirilməsinə şərait yaradan restoranın rəhbərliyi və işçiləri saxlanılaraq Baş İdarəyə gətiriliblər. Onların üzərində axtarış aparılan zaman Natiq Binnətovla yanaşı daha 4 nəfərin - Bakı şəhər sakinləri, hər biri əvvəllər məhkum olunmuş Rəşad Baladadaşov, Ruslan Abbasov, Elvin Fətullayev və Şəmkir rayon sakini Elman Məmmədovun üzərindən müxtəlif növ güclü təsiredici narkotik vasitələr aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb və adları sadalanan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məclisdə iştirak edən digər şəxslər və restoranın rəhbərliyi karantin qaydalarını kobud surətdə pozduqları üçün onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və məsuliyyətə cəlb olunublar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

23 milyonluq heroin Azərbaycandan necə daşındı?

23 milyonluq heroin Azərbaycandan necə daşındı?

Son vaxtlar Azərbaycandan 3-cü ölkələrə aparılan narkotik maddələrin müəyyən olunaraq götürülməsi halları artıb. Bunu narkotik vasitələrin müəyyən olunması üçün...

851 Hadisə 12:40 11 iyun 2020

Son xəbərlər