Bakıda körpə 7-ci mərtəbədən yıxıldı: Ana özünü övladının ardınca atdı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhəri, Nizami rayonunda yaşayış binalarından birində 7-ci mərtəbədən 6-cı mərtəbəyə yıxılan körpə və onun ardınca özünü atan anası Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Kliniki Tibbi Mərkəzdən BAKU.WS-ə verilən məlumata görə, hər iki şəxsə ilkin tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur.
2020-ci il təvəllüdlü körpədə ümumi səthi travmalar və sıyrıqlar aşkarlanıb. Körpəyə dərhal ultrasəs müayinəsi edilib və hər hansı daxili zədələr aşkarlanmayıb. Hazırda vəziyyəti stabildir.
1995-ci il təvəllüdlü anada müəyyən əzik və kiçik travmalar müşahidə olunub. 20 həftəlik hamilə olan qadına ilkin tibbi yardım göstərilib, ultrasəs müayinəsi edilərək Mərkəzin Doğum-Ginekologiya şöbəsinə köçürülüb. Vəziyyəti kafi qiymətləndirilir.
Oxşar xəbərlər
Türkiyəyə ərə gedən azərbaycanlı qadın: “Ərim 8 bıçaq vurdu, qaynım yataq təklif elədi...” (VİDEO)
“1990-cı il, dekabrın 6-da doğulmuşam. 17-18 yaşında Türkiyəyə getdim, orda xalam, xalamın qızı var. İki qonşu gəldi və məni görəndə xoşları gəldi. Biri dedi, m...