Bakıda kişi mağazanı partlatmaqla hədələdi

Bakıda kişi mağazanı partlatmaqla hədələdi
Hadisə 149

Nəsimi rayonu 22-ci Polis Bölməsində “telefon terrorizmi” faktını araşdırarkən bir gəncin izinə düşüblər.

Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, dekabrın 20-də 28 May metrosu yaxınlığında yerləşən mağazanın 26 yaşlı kassiri (adı müəyyən səbəblərə görə açıqlanmır) bölməyə müraciət edərək naməlum bir kişinin mobil telefonla zəng edərək həmin ticarət obyektini partlatmaqla hədələdiyini deyib.

İstintaq zamanı əməliyyatçılar şübhəlinin izinə düşüblər.

Məlum olub ki, həmin şəxs şikayətçinin sinif yoldaşı imiş. Onun Xocalı prospektindəki taksofondan zəng etdiyi müəyyən olunub.

Gənc oğlan hüquq-mühafizə orqanlarının əməkdaşlarına bildirib ki, dostu ilə sadəcə zarafat etmək istəyib və hərəkətlərində pis niyyət olmayıb.

Faktla bağlı araşdırma davam edir.

“Telefon terrorçusu” hələ həbs olunmayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda oğlanlardan RÜSVAYÇI HƏRƏKƏT: kollektiv şəkildə... - TƏFƏRRÜAT

Azərbaycanda oğlanlardan RÜSVAYÇI HƏRƏKƏT: kollektiv şəkildə... - TƏFƏRRÜAT

Bakıda yetkinlik yaşına çatmayan oğlana qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Qazax rayon sakini, 1999-cu il təvəllüdlü Teymur...

5127 Hadisə 16:32 17 noyabr 2018

Son xəbərlər