Bakıda karantin qaydalarını pozan bərbər salonu aşkarlandı - VİDEO

Bakıda karantin qaydalarını pozan bərbər salonu aşkarlandı - VİDEO
Foto Video
Hadisə 540

Səbail rayonunda xüsusi karantin qaydalarını pozan bərbər salonu aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirib.

Səbail rayonunda xüsusi karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən bərbər salonu aşkar edilib. Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı 20-ci sahə adlanan ərazidə Əmrah Əhmədova məxsus kişi salonunun qanunsuz olaraq karantin dövründə işlədiyi məlum olub. Obyektə baxış zamanı obyetin sahibi və 1 nəfər müştəri aşkar olunaraq Polis Bölməsinə gətirilib.

Qeyd edək ki, xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada cəzalandırılıblar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər