Bakıda itkin kimi axtarılan qız özünü 15-ci mərtəbədən atdı
Yeniliklərdən dərhal xəbərdar olun
Bir neçə gün əvvəl itkin kimi axtarışa verilmiş 25 yaşlı qız intihar edib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, mayın 26-da Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə 1998-ci il təvəllüdlü R.Rzayevanın itkin düşməsi ilə bağlı müraciət daxil olub. Yaxınları onun naməlum istiqamətə getdiyini və bir daha geri qayıtmadığını bildiriblər.
Aparılan araşdırmalar nəticəsində R.Rzayevanın mayın 29-da Xırdalan şəhəri Ş.Qurbanov küçəsində yerləşən çoxmərtəbəli binanın 15-ci mərtəbəsindəki ümumi eyvandan özünü ataraq intihar etməsi məlum olub.
Hadisə ilə bağlı araşdırmalar aparılır.
R.Rzayevanın yaşadığı yeri hansı səbəbdən tərk etməsi, Xırdalana niyə getməsi və nə səbəbə həyatına qəsd etməsi hələlik məlum deyil.
Oxşar xəbərlər
Şöbədə arvadını öldürən polislə bağlı bilmədiyiniz ŞOK FAKTLAR - VİDEO - FOTO
CİNAYƏT İŞİ Qısa arayış... 2021-ci il sentyabrın 30-da Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində qətl baş verib. Rayon Polis İdarəsinin Post-Patrul Xi...