Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Səbail rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, qəza Badamdar qəsəbəsində yerləşən “Qurd qapısı” dairəsi kimi tanınan ərazidə qeydə alınıb.
Belə ki, yolayrıcında iki “Toyota” markalı avtomobilin toqquşması zamanı sərnişin xəsarət alıb. Sürücülər bir-birini işıqforun qırmızı işığından keçməkdə günahlandırıblar. Qəza nəticəsində avtomobillərdən biri yararsız hala düşüb.
Hadisənin səbəbi aparılan araşdırmadan sonra bilinəcək.
Faktı Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
Qalereya
Oxşar xəbərlər
Altı nəfərin öldüyü dəhşətli qəzanın TƏFƏRRÜATI: Toydan qayıdırlarmış - FOTO/VİDEO - YENİLƏNİB - 3
Naxçıvanda iki minik avtomobili toqquşub, nəticədə 6 nəfər ölüb, 4 nəfər ağır xəsarət alıb. Ağır yol-nəqliyyat hadisəsi gecə Naxçıvanın Kəngərli rayonunda baş v...