Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO
Foto
Hadisə 7

Bakının Səbail rayonunda yol qəzası baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Nizami və Murtuza Muxtarov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı avtomobilin sürücüsü köməkçi yoldan qəfil əsas yola daxil olub.

Bu zaman “Toyota” markalı maşının sürücüsü idarəetməni itirərək kəsişmədə olan “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpıb.

Qəza nəticəsində bir nəfər xəsarət alıb. “Toyota” deformasiyaya uğrayıb.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda yük avtomobili qəza zamanı binaya çırpılıb, xəsarət alanlar var - FOTO

Bakıda yük avtomobili qəza zamanı binaya çırpılıb, xəsarət alanlar var - FOTO

Bakının Nəsimi rayonunda ağır yol qəzası qeydə alınıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Azadlıq prospekti ilə Salatın Əsgərova küçələrinin kəsişm...

114 Hadisə 08:55 11 noyabr 2022

Son xəbərlər