Bakıda oteldə gecələyən şəxs oradan televizor oğurladı -FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda məşhur otellərin birində oğurluq hadisəsi baş verib.Bu barədə otelin rəhbərliyindən BAKU.WS-in “qaynar xətt”inə məlumat verilib.
Bildirilir ki, hadisə ötən axşam saat 21:00 radələrində Səbail rayonu ərazisində yerləşən "Sahil Inn" otelində qeydə alınıb.
Otelin direktoru Dilarə Şirinova BAKU.WS-ə bildirib ki, aprelin 8-də Ərəbov Zaur adlı şəxs otelə daxil olub və qalmaq üçün qeydiyyatdan keçib.
O, oteldə gecələmək haqqının bir hissəsini əvvəlcədən ödəyib. Daha sonra 21 aprelə qədər qalmaq üçün sifariş verib. Pulun qalan hissəsini də sonradan ödəyəcəyini bildirib.
Aprelin 14-də iki nəfər otelə gəldi. Əllərində şəxsiyyət vəsiqəsinin nüsxəsi vardı. Sənəd Novruzov Atilaya aid idi. Lakin fotoda Ərəbov Zaur əks olunurdu. Onlar bildirdilər ki, həmin şəxs evlərindən oğurluq edib.
Məlum oldu ki, Ərəbov Zaur adlı şəxs ilə Novruzov Atilay adlı şəxs elə eyni adamdır.
Sonradan otel işçiləri Ərəbov Zaurun qaldığı otağın qapısını döydülər. Qapını açan olmadı. Qapını açdıqda həmin şəxsin pəncərədən qaçdığı məlum oldu. Ərəbov Zaur qaçarkən özü ilə televizoru da aparıb.
Hadisə barədə polisə məlumat verilib. Araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Tanış qadınla yad kişini yatağa salıb videoya çəkdi və... - Bakıda DƏHŞƏTLİ OLAY
Bakıda intim əlaqədə olduğu qadını şantaj etməkdə təqsirli bilinən Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Samir Məmmədov və onun dostu Sadiq Əliyevin cinay...