Bakıda güclü külək yük avtomobilini aşırıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda güclü külək yolda hərəkət edən yük avtomobilini aşırıb.
Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətt"inə məlumat veriblər. Bildirilib ki, hadisə Səbail rayonu ərazisində qeydə alınıb.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi güclü küləklə bağlı xəbərdarlıq edib.
Təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Həmçinin, güclü külək zamanı baş verən yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.
Oxşar xəbərlər
Bakıda güclü külək binanın metal konstruksiyasını qopardı - VİDEO
Bu gün günorta saatlarından Bakıda başlayan bərk külək nəticəsində plazalardan birinin binası zərər görüb. BAKU.WS xəbər verir ki, binanın metal konstruksiyası...