Bakıda gözəllik salonunda tanışını qətlə yetirmək istəyən şəxsə hökm oxunub
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən Samir Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hadisə ötən ilin noyabr ayında baş verib. İttihama görə, Samir Həsənov tanışı Cahan Çələbiyeva ilə aralarında yaranmış mübahisəyə görə onu döyərək, müxtəlif bədən xəsarətləri yetirib.
C. Çələbiyeva bununla bağlı polisə şikayət edib. S. Həsənov saxlanılıb.
Daha sonra S.Həsənov qisas almaq məqsədi ilə 2025-ci ilin 7 noyabr tarixində C.Çələbiyevanın lazeroloq kimi çalışdığı Nizami rayonu, Qara Qarayev prospektində yerləşən gözəllik salonuna gələrək, kəsici-deşici alətlə ona müxtəlif xəsarətlər yetirib. Xəstəxanaya çatdırılan C. Çələbiyevanı xilas etmək mümkün olub.
Təqsirləndirilən S.Həsənov Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.
Oxşar xəbərlər
14 yaşlı qız anasının zorakılığına görə sığınacağa yerləşdirildi
Atasını itirdikdən sonra anası ilə yaşayan 14 yaşlı yeniyetmə qızın zorakılığa məruz qaldığı bildirilir. Hazırda o, sığınacaqda qalır və ilk dəfə təhsil almağa...