Bakıda gənc qız sərnişin avtobusundan yıxılıb

Bakıda gənc qız sərnişin avtobusundan yıxılıb
Hadisə 159

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb. Bahar qəsəbəsində 2005-ci il təvəllüdlü Hüseynova Kimya Faiq qızı 161 saylı sərnişin avtobusundan yerə yıxılıb.

K.Hüseynova təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər