Bakıda gecə saatlarında iki "Mercedes" yandı - YENİLƏNİB - VİDEO
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən iki ədəd "MERCEDES Benz " markalı minik avtomobilində yanğın baş verdiyi məlum olub.
Yanğından mühafizə qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobillərdən birinin salon hissəsi, digərinin isə salonu və 1 ədəd arxa təkəri yanıb. Avtomobillərin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.
***09:09
Bakıda iki avtomobilin yanması ilə nəticələnən yanğın hadisəsi baş verib.
Hadisə şahidlərinin BAKU.WS-ə verdikləri məlumata görə, yanğın Nəsimi küçəsində qeydə alınıb.
Əvvəlcə yanğın digər avtomobildə başlayıb. Daha sonra "Range Rover" markalı avtomobilə keçib.
Hadisə yerinə FHN-nin yanğınsöndürmə briqadası cəlb olunub.
Görüntüləri olduğu kimi təqdim edirik:
Oxşar xəbərlər
Bakıdakı dəhşətli qəzada iştirak edən sürücülərin kimliyi BİLİNDİ - YENİLƏNİB + VİDEO
Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsində iştirak edən sürücülərin kimliyi məlum olub. Baş Dövlət Yol Polisi İdarə...