Bakıda gecə klubunda soyğunçuluq edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Səbail rayonunda talama cinayəti qeydə alınıb.
BAKU.WS DİN-ə istinadən xəbər verir ki, bir qrup şəxs paytaxt ərazisində yerləşən ictimai iaşə obyektlərinin birində qonaq qismində olan 2 nəfəri kəsici-deşici alətlə hədələyərək onların 800 manatını ələ keçirib.
Səbail RPİ-nin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 37 yaşlı Emil Həsənov və 35 yaşlı Şəhriyar Məmmədov saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, onlar arasında hesab ödəmək üstündə yaranan mübahisə sonradan açıq talam yolu ilə pul vəsaitinin ələ keçirilməsi ilə nəticələnib.
Faktla bağlı Cinayət Məcəlləsinin soyğunçuluq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...