Bakıda gecə avtomobillərin şüşələri sındırılıb - Oğurluq edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Ramanı qəsəbəsi ərazisində gecə saatlarında vətəndaşa məxsus avtomobildən oğurluq edilib.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Hadisə nəticəsində şəxsi mülkiyyətdə olan VAZ-21015 markalı avtomobil talan olunub və əmlaka ciddi ziyan vurulub.
Zərərçəkənin sözlərinə görə, naməlum şəxslər eyni zamanda ərazidə olan digər bir avtomobili də oxşar vəziyyətə salıblar. Hər iki nəqliyyat vasitəsinə maddi zərər dəyib.
Faktla bağlı 31-ci Polis Bölməsinə məlumat verilib.
Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli BAKU.WS-ə bildirilib ki, hazırda polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
İzmirdəki zavodda partlayışda ölənlərin sayı 10-a çatıb
Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda partlayışda ölənlərin sayı 10-a çatıb. BAKU.WS "Report"a istinadən xəbər veri...