Bakıda evlərə girən qadın kimdir? - Görüntüləri YAYILDI
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nərimanov rayonu, Azadlıq prospektində yerləşən binaların birində qeyri-adi hadisə yaşanıb.
BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, bir qadın bloklara daxil olaraq evlərə girməyə çalışıb.
Hətta açıq qapı görən zaman içəri də daxil olub. Həmin görüntüləri isə sosial şəbəkədə sakinlər paylaşıblar.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, paytaxtın Nərimanov rayonunda yerləşən binalardan birinin mənzillərinə daxil olmağa çalışan naməlum qadınla bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılır.
Həmin şəxsin saxlanılması istiqamətində müvafiq tədbirlər görülür.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...