Bakıda ər boşanmaq istəyən arvadının qulağını kəsdi
Bakının Sabunçu rayonunda ər arvadının üzünə bıçaqla xəsarət yetirib, qulağını kəsib.
BAKU.WS "Teleqraf"a istinadla xəbər verir ki, hadisə aprelin 4-də Bilgəh qəsəbəsində baş verib.
1995-ci il təvəllüdlü Zəhra Ramiz qızı Bayramova yaşadığı evdə həyat yoldaşı ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadının boşanmaq istəyi olub. Bundan hiddətlənən onun əri Z.Bayramovanın əvvəlcə qulağını kəsib, daha sonra onun üzünə bıçaqla xəsarətlər yetirib. Ər qadının kəsilmiş qulağını onun cibinə qoyub.
Z.Bayramova Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Həkimlər qadının vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cu Polis Bölməsində araşdırma aparılır.
Oxşar xəbərlər
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində hamamda dəm qazından zəhərlənənlərdən birinin vəziyyəti orta-ağırdır
Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində aprelin 1-də hamamda dəm qazından zəhərlənən 6 nəfər (4 oğlan, 2 qız) bu gün saat 15:00 radələrində yenidən...