Bakıda ər arvadını öldürüb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda kişi arvadını qətlə yetirib.
Bu barədə BAKU.WS-ə Nizami Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, sentyabrın 2-si saat 23 radələrində paytaxtın Nizami rayonu, M.Şərifli küçəsində 1995-ci il təvəllüdlü Ayşə Bayramovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1989-cu il təvəllüdlü Vüsal Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Ayşə Bayramovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Vüsal Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.
Oxşar xəbərlər
Bakıda həyat yoldaşı tərəfindən öldürülən şəxs məşhur kikboks məşqçisi imiş - TƏFƏRRÜAT - FOTO
Bu gün saat 12 radələrində Bakı şəhər Xətai rayonu ərazisində qadının ərini qətlə yetirməsi hadisəsinin bəzi təfərrüatları üzə çıxıb. BAKU.WS qafqazinfo-ya isti...