Bakıda əfqan qız özünü “zapravka”da yandırmaq istədi
29
mar
2023
12:35
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda əcnəbi ölkə vətəndaşı intihara cəhd edib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən yanacaqdoldurma məntəqəsində baş verib. Əfqanıstan vətəndaşı olan 1994-cü il təvəllüdlü Z.Qulami üzərinə benzin tökərək özünü yandırmaq istəyib. Onun intihar cəhdinin qarşısı ərazidəki polis əməkdaşları tərəfindən alınıb.
Z.Qulami izahatının alınması məqsədilə Xətai RPİ-nin 36-cı Polis Bölməsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şöbədə arvadını öldürən polislə bağlı bilmədiyiniz ŞOK FAKTLAR - VİDEO - FOTO
CİNAYƏT İŞİ Qısa arayış... 2021-ci il sentyabrın 30-da Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində qətl baş verib. Rayon Polis İdarəsinin Post-Patrul Xi...