Bakıda DYP-dən qaçan “Prius”un dənizə düşdüyü görüntüləri hazırlayan gənc danışdı - VİDEO

Bakıda DYP-dən qaçan “Prius”un dənizə düşdüyü görüntüləri hazırlayan gənc danışdı - VİDEO
Video
Hadisə 0

Sosial şəbəkələrdə yayılan və izləyənlərin marağına səbəb olan video təəccüb doğurub.

BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki, videoda yol polisindən qaçan “Prius”un dənizə düşməsi əks olunub.

Sosial şəbəkə istifadəçilərinin bir çoxu videonun real olduğunu düşünüb. Halbuki video gerçək deyil və xüsusi kompüter proqramları vasitəsi ilə Elmir Məmmədov tərəfindən hazırlanıb.

“Xəzər Xəbər”ə danışan Elmir Məmmədov uzun illərdir bu işlə məşğul olduğunu deyib. 23 yaşlı müsahibimiz videonu xüsusi kompüter proqramlarından istifadə edərək ərsəyə gətirib.

Bakıda DYP-dən qaçan “Prius”un dənizə düşdüyü görüntüləri hazırlayan gənc danışdı - VİDEO

Elmir Məmmədov deyir ki, hazırladığı belə vidoları xarici platformalarda çox təqdim edib. O, 3 həftəyə ərsəyə gətirdiyi görüntünün bu qədər ajiotaj yaradacağını gözləmirmiş.

Elmir Məmmədov deyir ki, ölkəmizdə belə videoların hazırlanmasına maraq elə də böyük deyil. O, qarşıya bu sahəni daha da inkişaf etdirmək məqsədi qoyub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər