Bakıda "drift" edən avtobus sürücü ilə bağlı şirkətdən AÇIQLAMA - YENİLƏNİB - VİDEO

Bakıda drift edən avtobus sürücü ilə bağlı şirkətdən AÇIQLAMA - YENİLƏNİB - VİDEO
Hadisə 11

Yanvarın 13-də hava şəraiti və yollardakı mövcud vəziyyətlə bağlı “Xaliq Faiqoğlu” şirkəti tərəfindən şirkətə məxsus avtobus parklarında sürücülərin təlimatlandırılması tədbirləri həyata keçirilib.

Bu barədə oxu.az-a şirkətdən məlumat verilib.

Bildirilib ki, keçirilən təlimdən sonra qaraj (daxili) sürücülərindən biri marşrut avtobusu sürücülərinə nümayiş etdirilən manevr qaydalarını daha sərt formada həyata keçirərək lentə alıb və sosial şəbəkələrdə paylaşıb.

Qeyd olunub ki, baş vermiş hadisə araşdırılıb və vəzifə öhdəliklərini pozan əməkdaş məsuliyyətə cəlb edilib.

***18:30

Bakıda sərnişin avtobusunun "drift" etməsi gündəm olub.

Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Görüntülərdə "ISUZU" markalı sərnişin avtobusunun sürücünün dayanacaqda təhlükəli manevrlar etdiyi an əks olunub.

Görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər