Bakıda dələduzluq əməlləri törətməkdə şübhəli bilinən sayt rəhbəri həbs edilib
Bakıda polis əməkdaşları tərəfindən vətəndaşların etibarından sui-istifadə etməklə dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, "Az24saat.org" xəbər portalının təsisçisi Vüqar Qurdqanlı ayrı-ayrı vətəndaşlara müxtəlif vədlər verərək onların etibarından sui-istifadə etməklə yüz min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.
Faktlarla bağlı onun barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Azərbaycanda bir gecədə üç polisin qətlə yetirilməsi ilə bağlı YENİ FAKTLAR
Üç gün öncə bütün ölkəyə səs salan cinayət hadisəsi baş verib. Belə ki, bir nəfər silahlı şəxs üç polis əməkdaşı və bir mülki şəxsi güllələyərək qətlə yetirib....