Bakıda DƏHŞƏT! - 4 aylıq körpə 4-cü mərtəbədən düşərək ÖLDÜ - VİDEO - YENİLƏNİB

Prokurorluq Bakıda körpənin mənzilin eyvanından düşərək ölməsi faktını araşdırır.
BAKU.WS xəbər verir ki, aprelin 26-da saat 8 radələrində paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən mənzilin eyvanından 4 aylıq körpə qız uşağının (09.12.2023-cü il təvəllüdlü) anasının qucağından yıxılıb yerə düşərək ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
***15:58
Bakının Sabunçu rayonunda 4 aylıq körpə 4-cü mərtəbədən düşərək ölüb.
BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə Ramanada sosial evlər adlandırılan 9 mərtəbəli binada qeydə alınıb. Binanın 4-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsindən 4 aylıq körpə Eyvazlı Ayla Tural qızı yerə düşərək ölüb.
Fakt araşdırılır.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Bakıda biznesmeni maşınında GÜLLƏLƏDİ: Rəşad Dağlının dostunun CİNAYƏT İŞİ
Kliniki Tibbi Mərkəzdən 28-ci Polis Bölməsinə məlumat verilib ki, güllə yarası alanların ikisinin də həyatları xilas edilib. Faktla bağlı Yasamal rayon prokuror...
