Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - VİDEO
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmisində yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.
Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
Abşeronda yaşayış binasındakı yanğın söndürülüb - VİDEO - YENİLƏNİB-2
Abşeron rayonunun Məmmədli kəndində yerləşən yeddimərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar N...