Bakıda çoxmərtəbəli binada yanğın - sakinlər təcili təxliyə olundu - VİDEO

Bakıda çoxmərtəbəli binada yanğın - sakinlər təcili təxliyə olundu - VİDEO
Video
Hadisə 2281

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, İbrahim Paşa Dadaşov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

BAKU.WS xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Yanğınsöndürmə və sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təxliyə tədbirləri həyata keçirilib.

Məlumata görə, yanğın qısa zamanda söndürülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər