Bakıda bu yolda sürücülər kütləvi şəkildə maşınlarını "protiv" sürürlər
"Sözügedən ərazidə yol hərəkəti qaydalarlarının təhlükəsiz təşkili məqsədilə tədbirlər görülür".
Bu barədə BAKU.WS-ə Bakı Şəhər DYP İdarəsindən bildirilib.
"Bununla yanaşı, aidiyyəti qurumla birgə aparılmış təhlillərin nəticəsinə uyğun olaraq qeyd edilən yolda əlavə nizamlama vasitələrinin də tətbiq edilməsi nəzərdə tutulur",-deyə məlumatda qeyd edilir.
***10:55
Paytaxtın Nizami rayonu ərazisində sürücülər əks yolla hərəkət edərək qaydaları kobud şəkildə pozurlar.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Söhbət Tofiq Abbasov küçəsində hər səhər yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasından gedir.
Bildirilir ki, bəzi sürücülər tıxacdan yayınmaq məqsədilə əks yola çıxır, yüksək sürətlə hərəkət edir və bununla da qarşı istiqamətdə gələn avtomobillər üçün təhlükə yaradılar.
Oxşar xəbərlər
Ötən gün borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılıb
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 106 nəfər saxlanılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, cümlədən borclu...