Bakıda bu gün aldığı 100 min manatlıq avtomobil ilə qəzaya düşüb, xəsarət alan var - FOTO
Bakının Xətai rayonunda yük avtomobili minik maşınına çırpılıb.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, yol nəqliyyat hadisəsi Babək prospektində baş verib.
“İsuzu” markalı yük avtomobilini idarə edən sürücü yüksək sürətlə hərəkətdə olan zaman sükana nəzarəti itirib.
Nəticədə idarəetmədən çıxan yük maşını eyni istiqamətdə hərəkətdə olan “Toyota” markalı avtomobilə çırpılıb.
Qəza zamanı yük avtomobilinin sərnişini xəsarət alıb.
Faktla bağlı hadisə yerinə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Xəsarət alan sərnişin xəstəxanaya çatdırılıb.
“Toyota Prado” markalı minik avtomobilinin sahibi bildirib ki, o avtomobili elə bu gün alıb.
Qeyd edək ki, 2022-ci il istehsalı olan avtomobilin bazar qiyməti isə 102 min manatdır.
Qalereya
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...