Bakıda bu binada mənzilə qalxmaq üçün qanad lazımdır - Pilləkənləri söküblər, lift də işləmir - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Səbail rayonu, Zərifə Əliyeva 59 ünvanında yaşayan sakinlər narazıdırlar.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, sözügedən binada 7 aydır ki, təmir gedir. Bu səbəbdən də binanın pilləkənlərini söküblər. Lakin eyni zamanda lift də işləmir. İndi də sakinlər yuxarı mərtəbələrdəki mənzillərinə qalxa bilmirlər:
"Belə bir mənzərə yaranıb. Evə qalxmaq üçün qanad olmalıdır. 7 aydır təmir gedir, binanın dəhlizində pilləkəni söküb yerə qoyublar. Lifti də xarab ediblər ve deyirlər ki, "düzələcək də, nə olub ki?"
Qalereya
Oxşar xəbərlər
Bakıda yaşayış binasının blokunun qarşısında obyekt tikilib - Sakinlər narazıdırlar - FOTO/VİDEO
Bakıda yaşayış binasının qarşısında obyekt tikilib. Nəticədə binanın bloku və liftlər həmin obyektin içərisində qalıb. Bundan başqa, bloka giriş hörülərək bağla...