Bakıda boru partladı, yolu su basdı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Yasamal rayonu, 1 saylı DOST Mərkəzinin qarşısındakı yolda su borusu partlayıb.
BAKU.WS xəbər verir ki, bununla bağlı "Qafqazinfo"ya adıçəkilən ünvanda yaşayan sakinlər müraciət edib.
Sakinlərin göndərdiyi videodan da bəlli olur ki, partlayan borudan ətrafa yayılan su vətəndaşlara, eləcə də sürücülərə çətin anlar yaşadır.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, hazırda poblemin həlli istiqamətində işlər görülür:
"Qeyd olunan ünvanda su xəttində qəza baş verib. Hazırda Yasamal rayon Sukanal İdarəsinin qəza briqadası əraziyə cəlb edilib, borunun təmir və bərpası istiqamətində işlər görülür".
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....