Bakıda BMW ilə avtoxuliqanlıq edən qadın sürücü saxlanılıb

Bakıda BMW ilə avtoxuliqanlıq edən qadın sürücü saxlanılıb
Hadisə 1

Bakı Şəhərinin Səbail rayonunda avtoxuliqanlıq edən xanım saxlanılıb.

Bu barədə BAKU.WS-ə Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bakı şəhər DYP İdarəsindən verilən məlumata görə, “BMW” markalı, 90-XZ-012 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə xanım sürücü 1 il sürücülük hüququndan məhrum edilməklə 750 manat məbləğində cərimə olunub.

Həmçinin sürücü avtomobili müvafiq etibarnamə olmadan, eləcə də mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsini idarə etdiyinə görə barəsində inzibati tədbir görülməklə avtomobil mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər