DİN-dən dəyənəklərlə avtomobilə hücum edən şəxslərlə bağlı AÇIQLAMA

"Chevrolet" markalı avtomobilə qəsdən zərər vurulması və sürücüsünün bir qrup şəxs tərəfindən döyülməsini əks etdirən görüntülərlə bağlı hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq araşdırması aparılır.
Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov BAKU.WS-ə bildirilib.
Onun sözlərinə görə, cari il fevralın 5-də paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin aralarında yaranmış mübahisə zəminində ictimai qaydanı kobud surətdə pozaraq soyuq silah qismində istifadə etdikləri taxta parçaları ilə "Chevrolet" markalı avtomobili qəsdən vuraraq yararsız hala salmaları və həmin avtomobilin sürücüsünə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri ilə bağlı məlumat əsasında rayon polis idarəsində xuliqanlıq maddəsilə cinayət işi başlanılıb:
"Əməli törətməkdə şübhəli bilinən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar.
Toplanmış materiallar baxılması üçün məhkəməyə təqdim edilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir".
***10:58
Bakıda yolda kütləvi dava qeydə alınıb.
BAKU.WS-in məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdən belə məlum olur ki, bir qrup şəxs avtomobilə hücum edərək içərisindəki şəxsləri döyüb.
İlkin məlumata görə, hadisə yol üstündə baş verib.
Oxşar xəbərlər
İki azyaşlının həlak olduğu yanğının TƏFƏRRÜATI: Uşaqlar stolun altında gizləniblərmiş
"Arzunun vaxtı" verilişinin yeni buraxılışı yayımlanıb. Proqramda müəllif və aparıcı Arzu Kəlbi Astaranın Burzubənd kəndində yanğın nəticəsində iki uşağın həlak...
