Bakıda bir ailənin iki üzvü qəzada xəsarət aldı

22
noy
2020
09:47
Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS “Report”a istinadla xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Metropolitenin 20 yanvar stansiyası yaxınlığında iki avtomobilin toqquşması nəticəsində 1967-ci il təvəllüdlü Nəhmətov Oruc Nəhmət oğlu və onun həyat yoldaşı Nəhmətova Xumar Rəfiəli qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar. Müayinə zamanı O.Nəhmətova sol topuğun sınığı, X.Nəhətovaya isə sol mil sümüyünün yerdəyişən sınığı diaqnozları qoyub.
Hadisənin təfərrüatı araşdırılır.
Oxşar xəbərlər
Masallıda dəhşət — Ərinin işgəncələrinə dözməyən qadın intihar etdi
Masallının 2-ci Yeddioymaq kənd sakini cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edib.BAKU.WS “ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəlləsinin...
