Bakıda bina YANIB

Bakıda bina YANIB
Video
Hadisə 714

Xətai rayonu, M.Hadi küçəsi, 68A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 128kv.m olan üçotaqlı mənzilin mətbəxində 3p.m mətbəx mebeli və məişət əşyaları yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunublar.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

***11:49

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Xətai rayonu, M.Hadi küçəsi 68A ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir. Əlavə məlumat veriləcək.

***11:41

Bakıda binada yanğın baş verib.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə metronun "Həzi Aslanov" stansiyası yaxınlığında qeydə alınıb.

Sakinlərin sözlərinə görə, hazırda binadan tüstü yüksəlir. Əraziyə FHN-in yanğınsöndürən qüvvələri cəlb olunub.

Hadisə yerindən kadrları təqdim edirik:

Son xəbərlər