Bakıda bibisini öldürən şəxs tutulub - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verildiyi kimi, iyulun 17-də saat 17 radələrində Sabunçu rayonu ərazisində 1958-ci il təvəllüdlü Afət Allahverdiyevanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
BAKU.WS xəbər verir ki, Sabunçu rayon Prokurorluğundan APA-ya daxil olan məlumata görə, prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 1991-ci il təvəllüdlü Orxan Allahverdiyevin birlikdə yaşadığı bibisi Afət Allahverdiyevanı şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə nəticəsində küt alətlə baş və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Orxan Allahverdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
Oxşar xəbərlər
Baş prokuror əməliyyat müşavirəsi keçirib
Yanvarın 4-də Baş Prokurorluqda 2018-ci ildə prokurorluğun mərkəzi aparatı tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əm...