Bakıda biabırçılıq: İki həftə susuz qalan vətəndaşlar yağış suyundan istifadə edir - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda yerli qəsəbələrin birində bir qrup vətəndaş iki həftədir ki, içməli sudan məhrum olub.
Bu barədə BAKU.WS-in "qaynar xətt"inə vətəndaşlar şikayət ediblər.
Şikayət mətnində qeyd olunur ki, Binəqədi rayonu, Gülüstan qəsəbəsi, döngə 1 ünvanında iki həftə içməli su gəlməyib.
Acınacaqlı vəziyyədə olan vətəndaşlar suyu yalnız pulla alaraq çənlərini doldurub istifadə ediblər. Bu isə onlara 35 AZN-ə başa gəlib.
Narazı sakinlər ötən gün yağan yağışdan da maksimum istifadə ediblər. Onlar yağış suyunu qablara yığaraq faydalanıblar.
Mövcud şikayətlə bağlı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə müraciət etdik və narazı sakinlərin iki həftə su gəlməməsi ilə bağlı iddiasına cavab öyrənməyə çalışdıq. Qurumun mətbuat xidmətindən BAKU.WS-ə bildirildi ki, iddia tam araşdırıldıqdan sonra rəsmi cavab veriləcək.
Oxşar xəbərlər
Sakinlərin ağac kəsilməsi iddiasına Nazirlikdən AÇIQLAMA - VİDEO
Bakıda Yasamal rayonu ərazisində yerləşən Tağı Şahbazi küçəsində ağacların kəsilməsi barədə məlumat yayılıb. Bu barədə BAKU.WS-in "Qaynar xətt"inə yerli sakinl...