Bakıda azyaşlını maşın vurdu
15
noy
2024
17:57
Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində azyaşlı piyadanı avtomobil vurub.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə qəsəbənin Zaur Şərifov küçəsi, 5 nömrəli binanın qarşısında qeydə alınıb.
Şikayətçinin sözlərinə görə, ərazidə piyada zolağının olmaması belə hadisələrin tez-tez yaşanmasına səbəb olur:
"Məhləyə çıxa bilmirik. Piyada keçidi yoxdur. Ötən il zolaq çəkilmişdi, o da silinib. Sürücülər maşınları çox sürətlə sürürlər. Dəfələrlə şikayət etmişik".
Hadisə yerindən görüntüləri tıqdim edirik:
Oxşar xəbərlər
Paytaxtda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davam...