Bakıda azyaşlı qızına fiziki şiddət göstərən ata saxlanıldı - VİDEO

Bakıda azyaşlı qızına fiziki şiddət göstərən ata saxlanıldı - VİDEO
Video
Hadisə 19

Övladına fiziki şiddət göstərən ata polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, sosial şəbəkədə yayılan görüntülər araşdırılıb:

"Əməlin Bakı şəhəri Türkan qəsəbəsi sakini 1983-cü il təvəllüdlü Elnur Məmmədov tərəfindən törədildiyi müəyyən olunub. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir".

Qeyd edək ki, sosial şəbəkələrdə atanın qızına qarşı zorakılıq göstərməsi ilə bağlı görüntülər yayılıb.

Son xəbərlər