Bakıda avtoyuma məntəqəsinin işçisi maşında faciəvi şəkildə öldü - FOTO
07
yan
2023
10:07
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, dünən Suraxanı rayon Hövsan qəsəbəsində yerləşən avtoyuma məntəqəsində işləyən Rzayev Qalib Qənimət oğlu dəm qazından zəhərlənərək vəfat edib.
Belə ki, avtoyuma məntəqəsindəki avtomobilin salon peçini işə salaraq yuxuya gedən gənc oğlan dəm qazının içəri dolması səbəbindən zəhərlənib. O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Son bir ayda 30 nəfər dəm qazından zəhərlənib
Son bir ayda Kliniki Tibbi Mərkəzə dəm qazından zəhərlənmə faktı ilə bağlı 30 nəfər müraciət edib. BAKU.WS bildirir ki, KTM-dən verilən məlumata görə, onlar ara...