Bakıda avtoxuliqanlıq edən sürücü saxlanıldı - Bu sözünə görə azad olundu

Bakıda avtoxuliqanlıq edən sürücü saxlanıldı - Bu sözünə görə azad olundu
Hadisə 13445

Bakıda "BMW" ilə avtoxuliqanlıq edən sürücü yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, paytaxtın Rəşid Behbudov küçəsilə Bakıxanov prospektinin kəsişməsində 90-SX-113 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü yollarda intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsindən verilən məlumata görə, törətdiyi xətaya görə saxlanılan sürücü Cəbrayılov Rüfət Habil oğlu barəsində protokol tərtib edilərək iş üzrə toplanmış materiallar Nəsimi rayon Məhkəməsinə göndərilib.

Keçirilən məhkəmə zamanı sürücü etdiyi əməli səmimi etiraf edib və bu gün bacısının toy məclisinin olduğunu hakimin nəzərinə çatdıraraq bəraət verilməsini istəyib.

Hakim humanistlik göstərərək sürücü barəsində maddi cərimə tətbiq edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sevgilisini maşınında zorladı, sonra... - Azərbaycanda ŞOK HADİSƏ

Sevgilisini maşınında zorladı, sonra... - Azərbaycanda ŞOK HADİSƏ

Qazax rayonunda qadına təcavüz etməkdə təqsirli bilinən rayon sakini, 1994-cü il təvəllüdlü Habil Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları...

18553 Hadisə 14:55 19 yanvar 2019

Son xəbərlər