Bakıda avtoservisdə yanğın olub

Bakıda avtoservisdə yanğın olub
Hadisə 2

Bakıda avtoservisdə yanğın olub.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, paytaxtın Yasamal rayonunda avtoservisin ərazisində təmirə dayanan "Nissan" markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb, yüksək temperaturdan yaxınlıqda dayanan “Toyota” markalı minik avtomobilinin qapısı qismən deformasiyaya uğrayıb. Avtomobillərin qalan hissəsi və yaxınlıqdakı sexlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda avtoservis yanıb

Bakıda avtoservis yanıb

Bakıda avtoservis yanıb. Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə bildirilib ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Ümumi sahəsi 6000 m² (hər mərtəbəsi 200...

137 Hadisə 10:08 25 mart 2022

Son xəbərlər