Bakıda avtomobili səkidə idarə edən sürücü həbs olundu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda avtomobilini səkidə idarə edən sürücü həbs olunub.
BAKU.WS xəbər verir ki,bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi məlumat yayıb.
Bildirilib ki, paytaxtın Səbail rayonunda piyadaların hərəkətinə təhlükə yaradan “Mercedes-Benz” markalı, 90-OT-408 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cahangir Bəhlul oğlu Ağayev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə C.Ağayev 5 sutka inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
“Hər şey Cahangir Hacıyevin tapşırığı və göstərişi ilə olub”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı” ASC-dən yüz milyonlarla kredit götürüb qaytarmamaqda ittiham olunan sabiq deputat, oliqar...