Bakıda avtomobildən oğurluq etməkdə şübhəli bilinən qadın tutuldu
02
noy
2019
15:33
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda avtomobildən oğurluq etməkdə şübhəli bilinən gənc qadın tutulub.Bu barədə Oxu.Az-a Xətai Rayon Polis İdarəsindən məlumat verilib.Oğurluq oktyabrın 31-də saat 17:00 radələrində Telnova küçəsində törədilib. Belə ki, 1966-cı il təvəllüdlü Maarif Əliyevə məxsus “Mercedes” markalı avtomobildən 250 manat oğurlanıb. Oğru avtomobilin qapısının kilidlənməməsindən yararlanıb.Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 34-cü polis bölməsinin əməkdaşları şübhəli bilinən 1982-ci il təvəllüdlü E.Büniyatovanı saxlayıblar.Müşahidə kameraları sayəsində qadın saxlanılıb.Hazırda faktla bağlı araşdırma aparılır. Əgər saxlanılan şəxsin digər avtomobil oğurluqları ilə əlaqəsi ortaya çıxarsa, həbs olunacaq. Əks təqdirdə, inzibati cəza - cərimə cəzası alacaq.
Oxşar xəbərlər
Bakıda oğru qadınlar tutuldu
Qaradağ rayonun Qızıldaş qəsəbəsində mənzildən oğurluq edilib.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Qaradağ Rayon...