Bakıda avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü belə çıxarıldı - VİDEO

Bakıda avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü belə çıxarıldı - VİDEO
Video
Hadisə 405

Bakıda yol qəzası baş verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə fevralın 8-i saat 17 radələrində Səbail rayonu ərazisində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı 99-JU-480 dövlət nömrə nişanlı yük avtomobili yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza nəticəsində sürücü yük avtomobilində deformasiyaya uğrayaraq sıxılmış vəziyyətdə qalıb.

Daha sonra qəza barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə müraciət edilib. Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.

Əməliyyat zamanı sürücü çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər