Bakıda avtomobildə gənc oğlanın meyiti tapılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda avtomobildən gənc oğlanın meyiti tapılıb.
BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə Heydər Əliyev prospektinin Sabunçu rayonundan keçən hissəsində baş verib.
Yolun hərəkət hissəsində qalan "Chevrolet" markalı avtomobil polis əməkdaşlarının diqqətini cəlb edib.
Avtomobilə baxış keçirilərkən sürücünün hərəkətsiz vəziyyətdə olduğu müəyyənləşib. Dərhal təcili tibbi yardım briqadası çağırılsa da, həmin şəxsin öldüyü məlum olub.
Aparılan araşdırmalarla sükan arxasında ölən sürücünün paytaxt sakini, 1999-cu il təvəllüdlü Maarif Hümbətov olduğu müəyyən edilib.
Onun ölüm səbəbi araşdırılır.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...