Bakıda avtomobil yanıb - VİDEO

Bakıda avtomobil yanıb - VİDEO
Hadisə 1253

Bakıda avtomobildə baş verən yanğın söndürülüb.

Bu barədə “Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

***12:47

Bakıda minik avtomobili yanıb.

Hadisə şahidlərinin BAKU.WS-ə verdikləri məlumata görə, yanğın “Neftçilər” metrosu yaxınlığında qeydə alınıb.

Həmin ərazidə "Fiat" markalı minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində avtomobil yanması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər