Bakıda avtomobil təmiri sexi yanıb

Bakıda avtomobil təmiri sexi yanıb
Hadisə 63

Bakının Xətai rayonunda ümumi sahəsi 90 m² olan bir dam altında tikilən avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisindəki əşyalar 30 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər