Bakıda avtomobil qəzaya uğrayaraq aşıb - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, hadisə Ənvər Qasımzadə küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.
“Hyundai” markalı avtomobil yüksək sürətlə hərəkətdə olan Xalid Əsədova məxsus “Mercedes”-ə çırpılıb. Toqquşma zamanı “Hyundai” aşıb.
“Mercedes”-in sərnişini Zakir Əsədov bildirib ki, “Hyundai” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığında keçib. Avtomobil aşdıqdan sonra isə “Hyundai”-da olan sürücü və sərnişin hadisə yerindən uzaqlaşıb.
Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hadisənin səbəbləri araşdırılır.
Qalereya
Oxşar xəbərlər
"Bacın əxlaqsız olub, sən niyə kişilikdən dəm vurursan?" - Şamaxıda qətl
Şamaxı şəhərində 1980-ci il təvəllüdlü Xalid Əliyev həmyerlisi Samir Əhmədovu bıçaqlayaraq öldürüb. BAKU.WS “teleqraf.com”a istinadən xəbər verir ki, hadisə ötə...