Bakıda avtomobil qatarla toqquşub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda minik avtomobili ilə qatarın toqquşması ilə nəticələnən yol qəzası baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində qeydə alınıb.
Belə ki, qatar avtomobil yolunun kəsişdiyi yerdən keçən zaman “Suzuki” markalı maşın ona çırpılıb.
Məlumata görə, qadın sürücünün idarə etdiyi minik maşını qatarın yoluna çıxıb.
Hadisədə xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.
Əraziyə polis əməkdaşları cəlb edilib. Avtomobil cərimə meydançasına yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.
Qeyd edək ki, dəmiryolu xəttinin keçdiyi sözügedən ərazinin avtomobil yolunda rabitə siqnalizasiya sistemi və şlaqbaun yoxdur. Sürücülərin sözlərinə görə, həmin ərazidə keçidin qorunmaması səbəbindən qəza hadisələrinin başvermə ehtimalı yüksək olur.
Qalereya
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...