Bakıda avtomobil qaçırılıb

Bakıda avtomobil qaçırılıb
Hadisə 110

Bakıda avtomobil qaçıran şəxs tutulub.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsi (RPİ) 21-ci Polis Bölməsinə (PB) dekabrın 6-da saat 20 radələrində Bakı şəhər sakini V.Novruzova məxsus “TOFAŞ” markalı avtomobil qaçırılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən C.Hacıyev Yasamal rayonu ərazisində avtomobillə birlikdə saxlanılıb.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər