Bakıda avtomobil alışaraq yanıb, yanğın söndürülüb

Bakıda avtomobil alışaraq yanıb, yanğın söndürülüb
Foto
Hadisə 529

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, Babək prospektində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

BAKU.WS xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən "GEELY TUGELLA" markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

***21:47

Bakıda minik avtomobili alışıb yandı.

BAKU.WS xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, Babək prospektində hərəkətdə olan minik avtomobili anidən yanmağa başlayıb.

Xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər